Bu gün Dünya Çempionatında qrup mərhələsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, son turda 4 oyun keçiriləcək. Bununla da 1/8 final mərhələsinin son 2 cütünə aydınlıq gətiriliəcək.

H qrupunda mübarizə aparan Yaponiya və Polşa üz-üzə gələcək. Adam Navalkanın rəhbərlik etdiyi Polşa millisinin pley-off şansı olmasa da, onların rəqibi qrup liderliyini qorumağa və 1/8 finala adlamağa çalışacaq. Mərhələni keçmək üçün Asiya təmsilçisinə bir xal da kifayət edir.

Qrupun digər görüşündə isə Seneqal və Kolumbiya milliləri qarşılaşacaq. Afrikalılar 4 xalla qrupda 2-ci, cənubi amerikalılar isə 3 xalla 3-cüdür. Seneqala bu oyunda qrupdan çıxmaq üçün heç-heçə də sərf edirsə, Kolumbiya mütləq qalib gəlməlidir.

G qrupunda isə artıq 1/8 finala vəsiqəni təmin etmiş İngiltərə və Belçika milliləri qrup liderliyi uğrunda mübarizə aparaq.

Digər oyunda isə Tunis və Panama yığmaları turnirdə ilk xalını qazanmağa çalışacaq.

DÇ-2018

28 iyun

III tur

H qrupu

18:00. Yaponiya - Polşa (TRT1, Matç TV)

Baş hakim: Canni Sikazu (Zambiya)

Volqoqrad, "Volqoqrad Arena"

18:00. Seneqal - Kolumbiya (İdman Azərbaycan, İctimai TV, TRT Spor, Matç TV)

Baş hakim: Milorad Maziç (Serbiya)

Samara, "Samara Arena"

H qrupu

Yaponiya 2 1 1 0 4 3 1 4

Seneqal 2 1 1 0 4 3 1 4

Kolumbiya 2 1 0 1 4 2 2 3

Polşa 2 0 0 2 1 5 -4 0

G qrupu

22:00. İngiltərə - Belçika (İdman Azərbaycan, İctimai TV, TRT1, Matç TV )

Baş hakim: Damir Skomina (Sloveniya)

Kalininqrad, "Kalininqrad" stadionu

22:00. Panama - Tunis (TRT Spor, Matç TV)

Baş hakim: Navaf Şukralla

Saransk, "Mordoviya Arena"

G qrupu

İngilətərə 2 2 0 0 8 2 6 6

Belçika 2 2 0 0 8 2 6 6

Tunis 2 0 0 2 3 7 -4 0

Panama 2 0 0 2 1 9 -8 0