Seneqalın DÇ-2018-in Kolumbiyayla oyununda 0:1 hesabı ilə uduzması ilə Afrika üçün mundial başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qitəni 1/8 finalda təmsil etmək şansını sonadək saxlayan seneqallılar feyr-pley xalları ilə qrup üçüncüsü olub.

Mərakeş, Tunis, Nigeriya və Misirin ardından mundialı başa vuran Seneqal yığması Afrikanın son ümidi idi. Onlar 1/8 finala yüksəlməyincə 32 illik ənənə qırılıb.

Belə ki, 1986-cı ildən başlayaraq hər mundialda ən azı bir Afrika təmsilçisi qrupdan çıxmağı bacarırdı. 8 çempionatlıq seriya Rusiyada qırılıb.

Milli.Az