DÇ-2018-in Panama ilə oyununda 2:1 hesablı qələbə qazanan Tunis yığması həsrətə son qoyub.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Afrika təmsilçisi 40 ildən sonra mundialda qalib gəlib.
Tunislilərin sonuncu belə qələbəsi 1978-ci ilə təsadüf etmişdi. DÇ-1978-də iyunun 2-də Meksikaya qalib gələn afrikalılar final mərhələlərində qələbəyə həsrət idi.
Qeyd edək ki, Tunis 1978-ci ildən sonra 1998, 2002 və 2006-cı illərdə də mundiala qatılıb, lakin yarışı qələbəsiz tərk edib.
Milli.Az