Tunis millisinin futbolçusu Fəxrəddin Ben-Yussef DÇ-lərin tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hücumçu mundiallarda 2500-cü qolu vurub.

Afrikalı DÇ-2018-in qrup mərhələsinin son turunun Panama ilə görüşünün 51-ci dəqiqəsində tarixi qola imza atıb. O, komandasının 2:1 hesablı qələbə qazandığı matçda bərabərlik qoluna imza atıb.

1-ci qol. Lüsyen Loren (Fransa, DÇ-1930)

500-cü qol. Bobbi Kollinz (Şotlandiya, DÇ-1958)

1000-ci qol. Rob Rensenbrink (Hollandiya, DÇ-1978)

1500-cü qol. Klaudio Kanica (Argentina, DÇ-1994)

2000-ci qol. Markus Olbak (İsveç, DÇ-2006)

2500-cü qol. Fəxrəddin Ben-Yussef (Tunis, DÇ-2018)

Milli.Az