DÇ-2018-in qrup mərhələsinin son qarşılaşmalarının ən yaxşı futbolçuları müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İngiltərə ilə qarşılaşmada komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atan belçikalı Adnan Yanuzay mükafata layiq görülüb.

G qrupunun autsayderləri Panama və Tunisin oyununda isə Fəxrəddin Ben-Yussef fərqləndirilib. O, komandasının 2:1 hesabı ilə qalib gəldiyi matçda bərabərlik qoluna imza atıb.

Milli.Az