ABŞ-da yaşayan 24 yaşlı qadın yetişkin həyatından qaçmaq körpə uşaqlar kimi yaşayır və gün ərzində körpə kimi davranır. Özünə bez bağlayan Heidi adlı gənc qızın ağzından əmzik də düşmür.
Metbuat.az xəbər verir ki, oyuncaqlarla oynamağı sevən gənc qız özü kimi yaşayanların olduğu bir təşkilata da üzv olub. Sevgilisinə “atacan” deyə səslənən gənc qız özü kimi kimi yaşayan bir çox insanın varlığından bəhs edib.
Körpələr kimi geyinib, bütün günü oyun oynayaraq və yataraq keçirən gənc qız bu sayədə yetişkinlərə aid bütün dərdlərdən uzaqlaşdığını bildirib.
Oregonda yaşayan gənc qız bunun cinsəllik ilə heç bir əlaqəsi olmadığını, sadəcə həqiqi dünyanın narahatlıqlarından qaçış olduğunu bildirib. Bu vəziyyətdən ailələrinin xəbərdar olmadığını deyən gənc qız 7/24 körpə kimi davranmadıqlarını, “Little Space” adlı təşkilata üzv olan bütün insanların da normal gündəlik fəaliyyətlərinin olduğunu bildirib.

