Özündən 19 yaş böyük rejissor Onur Ünlü ilə sevgili olan aktrisa Hazar Ergüçlü qəribə imici ilə diqqət çəkib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa dünən Cahangirdə görüntülənib. O, müxbirlərin şəxsi həyatı ilə bağlı verdiyi suallarına "Bu məsələ haqqında danışmaq istəmirəm. Saçımı kəsdirdim, bu barədə sual verin. Sizcə, yaraşıb? Rol üçün kəsdirmişəm”, - deyə cavab verib.