Azərbaycanda işıqla bağlı SON VƏZİYYƏT

Dünən gecə saatlarında başlayaraq ölkə ərazisində elektrik enerjisinin verilməsində problem yaranıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, elektrik enerjisinin bərpası ilə bağlı işlər davam etdirilir:

“Gecə saatlarından etibarən “Azərişıq” rəhbərliyi başda olmaqla bütün əməkdaşlar iş başında olublar. Hazırda Bakı şəhərinin 95 faizində işıqla bağlı problem yoxdur. Artıq Bakı Metropoliteni, dövlət xəstəxanaları, hərbi hissələr, su-kanalizasiya idarələri və dövlət əhəmiyyətli bütün obyektlər elektriklə tam təmin olunub. Regionlarda qərb və şimal rayonları 100 faiz, digər ərazilər isə 40-80 faizlə təchiz olunub. “Azərişıq” istehlakçıdan aldığı enerjini ötürmə funksiyasını yerinə yetirir və biz elektrik aldıqca bütün bölgələrdə problem tam həll olunacaq. Hazırda bütün ölkə üzrə elektrik paylayıcı xətlər yüksək səviyyədə fəaliyyət göstərir".

Qeyd edək ki, Energetika Nazirliyi və “Azərenerji” ASC Mingəçevir İES-də baş verən hadisə ilə bağlı birgə məlumat yayıblar. Bir necə gündür havaların kəskin isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.İlkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub. Hazırda vəziyyət tam nəzarət altındadır.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bakının bu hissələrində qaz olmayacaq –SİYAHI- AÇIQLAMA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR