Türkiyənin "Kayserispor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi İspaniyanın "Atletiko" klubunun yarımmüdafiəçisi Bernard Mensanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kayseri klubu 23 yaşlı qanalı futbolçunu 1 illik icarəyə götürüb.
Xatırladaq ki, Qana millisinin üzvü geridə qalan mövsümdə də Türkiyənin "Kasımpaşa" klubunda icarədə oynayıb. O, bu komandanın heyətində çıxdığı 30 qarşılaşmada 5 qola imza atıb.
Milli.Az