Bu gün futbol üzrə dünya çempionatı 1/4 final mərhələsinin son iki oyunu keçiriləcək.
Milli.Az xəbər verir ki, günün digər oyununda isə ev sahibi Rusiya millisi Xorvatiya yığmasıyla münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, Rusiya 1/8 finalda İspaniyanı, Xorvatiya isə Danimarkanı penaltilər seriyasında məğlub edib. Komandalar dünya çempionatları tarixində ilk dəfə qarşılaşacaqlar.
Qeyd edək ki, Rusiya yığması SSRİ dağılandan sonra ilk dəfə bir mundialda ¼ finala yüksəlib. Xorvatiya isə soncu dəfə 1998-ci il mundialında Almaniyanı məğlub edərək yarımfinala vəsiqə qazanıb.
DÇ-2018, 1/4 final
7 iyul
22:00. Rusiya - Xorvatiya
Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya), Canni Sikazve (Zambiya).
Soçi. "Fişt" stadionu.
Milli.Az