“İstək” liseyinin fəaliyyətini dayandırmasına səbəb sırf maliyyə çatışmazlığıdır.

Bu sözləri Publika.az-a təhsil eksperti Kamran Əsədov deyib.

O qeyd edib ki, “İstək” liseyi “Çağ öyrətim” liseyinin yerinə yaradılmış təhsil müəssisəsi idi: "Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra bu liseyə də inam azalmağa başladı. Çünki bildiyiniz kimi, “Çağ öyrətim” dövlət çevrilişinə cəhd edənlərin müəssisəsi idi. Hesab edirəm ki, liseyin bağlanmasına səbəb siyasi və yaxud başqa nüans deyil, birbaşa maliyyə çatışmazlığıdır. Çünki liseydə təhsil haqqı olduqca yüksək idi. Məndə olan məlumata görə, liseydə təhsil haqqı 11 min manat civarındadır ki, bu da əhalinin büdcəsinə görə kifayət qədər yüksək məbləğdir.

“İstək” liseyinin bağlanması maliyyə çatışmazlığı ilə əlaqədardır - EKSPERT“İstək” liseyinin bağlanması maliyyə çatışmazlığı ilə əlaqədardır - EKSPERT

Ekspertin sözlərinə görə, lisey yaşadığı maliyyə sıxıntısına görə valideynlərin ödədikləri təhsil haqlarını qaytara bilmir: “Məndə olan məlumata görə, liseydən dörd yüzdən çox valideyn öz övladını qeydiyyatdan keçirib və 9-11 min manat təhsil haqqı ödəyib. Lakin onların ödədikləri məbləğ geri qaytarılmayıb".

Ekspert bildirib ki, müəssisə bağlanmamışdan iki ay qabaq öz işçilərinə xəbərdarlıq etməli idi.

Təsisçinin müraciəti əsasında Təhsil Nazirliyi tərəfindən "İstək” liseyinin şagirdlərinin və pedaqoji heyətin başqa təhsil müəssisələrində yerləşdirilməsi məqsədilə İşçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün müvafiq hazırlıq işlərinə başlanılıb. Komissiyanın fəaliyyəti çərçivəsində valideynlərin ödənişlərinin geri qaytarılması məsələsi nəzərdə tutulmayıb.

K.Əsədovun fikrincə, şagirdlərin yerləşdirilməsində isə yəqin ki, hər hansı problem yaranmayacaq: "Çünki ölkədə dörd min beş yüz orta məktəb var və bu, tələbatı ödəyir”.

Zümrüd