Qadın idman gimnastımız Dünya Kubokunda

Türkiyənin Mersin şəhərində “Challenge” seriyasına aid Dünya Kuboku keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Metbuat.az-a verilən məlumata görə, turnirdə qadın idman gimnastımız Yulia İnşınanın gimnastika tirindəki çıxışı ona bürünc medal qazandırıb (12.100 xal).

Dayaqlı tullanma və sərbəst hərəkətlərdə də finala düşən gimnastımız hər iki çıxışına görə 4-cü olub.

Müxtəlif hündürlüklü qollarda isə təmsilçilərimiz Mariya Smirnova və Marina Nekrasova müvafiq olaraq 4-cü və 5-ci pillədə qərar tutublar.

Kişi idman gimnastlarımızdan isə ən yaxşı nəticə Dariy Morozova aid olub. Təmsilçimiz sərbəst hərəkətlər və dəstəli at üzərində çıxışı ilə yarışları 4-cü yerdə başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR