Kürdəmirdə "Ford" aşdı

Kürdəmir şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, iyulun 7-də saat 23 radələrində Kürdəmir şəhərinin ərazisində Köhünlü kənd sakini Elnur Alıyev idarə etdiyi “Ford Transit” markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR