Azərbaycanda toyda DAVA DÜŞDÜ

Şirvanda toyda qətli törədən şəxs hadisə yerindən qaçıb.

Metbuat.az bildirir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə baş verən qətl hadisəsini törədən şəxsin qaçdığı məlum olub.

Toyda baş verən kütləvi davada bəyin də iştirak etdiyi bildirilir.

Dava zamanı əlindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Teymur Hüseynqulu oğlu qətli törətməkdə şübhəli bilinsə də, sonradan məlum olub ki, qətli törədən şəxs və davanın digər iştirakçısı hadisə yerindən qaçıb.

Qeyd edək ki, Şirvanda yerləşən şadlıq saraylarından birində qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırmaqda davam edirlər. Qətldə iştirak edən şəxsin və digərinin saxlanılması istiqamətində əməliyyat istintaq tədbirləri həyata keçirilir.

***

00.35

Şirvanda toyda qətl hadisəsi baş verib

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi axşam saat 22.00 radələrində Şirvanda yerləşən şadlıq saraylarından birində qeyd alınıb.

Qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı toy mərasimində iştirak edən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Teymur Hüseynqulu oğlu da əlindən bıçaq xəsarəti alıb. Şirvan şəhər xəstəxanasına yerləşdirilən sonuncu qətli törətməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırırlar.

Hazırda qətlə yetirilən şəxsin meyiti müayinə olunmaq üçün Şirvan şəhər morquna yerləşdirilib. Kütləvi davada iştirak edən bir-neçə nəfər saxlanılıb. Faktla bağlı Şirvan prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

***

22:55

Şirvan şəhərində toyda qətl törədilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Səlyan rayon sakini Abışov Azər Yusif oğlu bıçaq zərbəsi ilə qətlə yetirilib.

İlkin məlumata əsasən, insident toyda baş verən kütləvi dava zamanı qeydə alınıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

İyulun 10-da xarici valyutaların manata qarşı məzənnələri – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR