Atletico-nun oyunçusu Tomas Partey Qanada ilin futbolçusu seçilib.

Milli.Az goal.az -a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Qananın paytaxtı Akkradadakı Marriott otelində keçirilən mərasimdə ən yaxşı futbolçu mükafatına sahib çıxıb.

O, bu nominasiyada Swansea City-nin futbolçusu Cordan Ayu və Aston Villa-nın oyunçusu Albert Adomanı geridə qoyub.

Tomas Partey 2017-2018 mövsümündə Atletico-nun heyətində bütün turnirlər daxil olmaqla 50 matçda iştirak edib və 5 qol vurub. O, Çempionlar Liqasının qrup mərhələsində Madriddə Qarabağ-la keçirilən qarşılaşmada da fərqlənib.

Milli.Az