"Adnan Oktar cinsi əlaqəyə girə bilmirdi" - "Kedicik" sirləri açdı

"Adnan Oktar cinsi əlaqəyə girə bilmirdi" - "Kedicik" sirləri açdı
15:49 12 İyul 2018
71 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün həbs edilən Adnan Oktar barədə onun “kedicik” adlandırdığı qadınlardan biri Ceylan Özgül açıqlamalar verib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, qadın açıqlamasında bu sözləri vurğulayıb:

“Adnan mənə təcavüz etməyib. Amma belə halların yaşandığına dəfələrlə şahid olmuşam. 7, 10, 16 yaşlı qız uşaqlarına təcavüz etməsi barədə eşitmişəm. Bəzən elə uşaqlar olurdu ki, öz anaları gətirirdi. Bəziləri pul qarşılığında, bəziləri isə sadəcə inandıqları üçün”.

O, A.Oktarla münasibətindən də söz açıb:

“Eyni evdə yaşasaq belə heç kimlə cinsi əlaqəyə girə bilmirdi. Çünki qasıq yırtığından (“qrija”) əziyyət çəkirdi. Qadınlara qul kimi baxırdı. “Mənə xidmət edərək, İslama xidmət edirsiniz” deyirdi. Heç kimlə yaxın əlaqəsi yox idi. Cinsi əlaqə yaşamırdı. Amma fərqli şeylər edirdi. Yaş fərq etmir, hər qıza eyni hərəkətləri edirdi. Çox açıqlama verməyəcəm”.

Qeyd edək ki, Adnan Oktar təcavüz, uşaq qaçırılması, şantaj, siyasi cəsusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədlərdə saxtakarlıq, təhqir, yalançı şahidlik və digər cinayətlərdə ittiham olunur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/305625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR