İran Azərbaycanı belə bitirmək istəyir - 2 min illik plan

İran Azərbaycanı belə bitirmək istəyir - 2 min illik plan
22:27 12 İyul 2018
154 Dünya
Ölkə mətbuatı
A- A+

Milli.Az axar.az-a istinadən güneyli yazar Həsən Kərimzadənin "Azərbaycanın yenilmə psixologiyasının istismarçısı" adlı yazısını təqdim edir:

Azərbaycanla İran Turanın bir parçasıdır. Hər bir Azərbaycan türkü nə vaxt Azərbaycanın qurtuluşu adı ilə ayağa qalxsa, kiçik zəfərindən sonra yenilib.

Azərbaycan türkü Türk, Türküstan, Turan kimi tarixi adlara dayanaraq, min illik türk dünyasının enerjisindәn yararlanıb, azadlıq və özgürlüyə doğru getmәk istәyib. 10, 100 il olsa belə, azad yaşayıb, milli hakimiyyətini qurub və dövlətçilik ənənələrinə yiyәlәnib.

Birinci bölüm

Xürrəmilər - Cavidanla başlayan hərəkat Babəkin dövründə daha da gücləndi və bir çox savaşda uğur qazanıldı. Ancaq Babəkin ölümü ilə hərəkat yatırıldı.

Məşrutə inqilabı - Səttar xanın ölümündən sonra Məşrutə inqilabı Pəhləvi hakimiyyətinin vasitəsilə süqut etdi.

Şeyx Məhəmməd Xiyabani 1918-ci ildə Azadıstanı yaratdı. Ancaq İran Azərbaycana soxuldu və Xiyabani bu işini tamamlaya bilmədi.

1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Cümhuriyyəti quruldu. Amma bu dövlətin də ömrü iki il oldu.

1945-ci ildə Seyid Cəfər Pişəvərinin qurduğu Azərbaycan Demokratik Firqəsi 1 il beş gün sonra şah hökuməti tərəfindən məğlub edildi.

1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini elan etdi. Yenicə istiqlalına qovuşmuş Azərbaycan Tatarıstan və Çeçenistanla eyni aqibəti yaşamaqla üz-üzə idi. Ancaq Elçibəyin böyük düşüncəsi ilə işlər Heydər Əliyev cənablarına təhvil verildi.

İkinci bölüm

Cavanşirin rəhbərliyi dövründə daha çox şöhrət qazanmış Girdiman dövləti - 200 ildən çox istiqlal.

Qəznəvilər dövlətinin inkişafı Səbuk Təkinin sayəsində gerçəkləşib - 223 il istiqlal.

Toğrulun hakimiyyəti dövründə daha da qüvvətlənən Səlcuq İmperiyası - 150 il istiqlal.

Xarәzmşahlar - 134 il istiqlal.

Hülakü xanın əsasını qoyduğu Elxanilər dövləti - 97 il istiqlal.

Əmir Teymurun bu gün də dillərdən düşməyən qüdrətli Teymurilər İmperatorluğu - 131 il istiqlal.

Qara Yusifin dövründə böyük bir imperiyaya çevrilən Qaraqoyunlu dövləti - 59 il istiqlal.

Uzun Həsənin əsasını qoyduğu Ağqoyunlu imperiyası - 32 il istiqlal.

Hələ 13 yaşında ikən Şah İsmayılın yaratdığı Səfəvilər dövləti Azərbaycanın tarixində önəmli yeri olan dövlətlərin siyahısında ilk sıralarda durur - 235 il istiqlal.

Səfəvilər dövlətinin süqutu ilə Nadir şah Əfşarın əsasını qoyduğu Əfşarlar - 60 il istiqlal.

Qacarlar dövləti İran meyilli olsa da, onun yaradıcısı Ağa Məhəmməd şah Qacar türk əsilli idi - 120 il istiqlal.

Azәrbaycan Respublikası - Heydәr Əliyevin öndərliyi ilə az müddətdir ki, yenidən istiqlaliyyətini qazanıb. Respublika böyük bir qarma-qarışıq zaman kəsiyində, qarışıqlığın bütün ölkəni sardığı bir dönəmdə yarandı. Heydər Əliyev Əbülfəz Elçibəyin çağırışı ilə Bakıya gəldi və bugünkü Azərbaycanın var olmasına zəmin yaratdı.

Keşməkeşli tarix keçən Azərbaycanın bu istiqlalı diləyirik ki, əbədi olar inşallah!

1. Әtәk yazı

"Bir ölkə, iki boz qurd" sözünü Türkiyədə deyirlər. Bu söz Ənvәr paşa ilә Atatürkә işarәdir. İkisi dә Türkiyә üçün döyüşdülәr, amma Ənvәr paşa Sarıqamış savaşında yenildi. Atatürk isә Türkiyәnin azadlıq döyüşlərində düşməni məğlubiyyətə uğratdı və ölkəni dirçəltdi. Türkiyәdə Ənvәr paşaya sayğı göstәrәrәk, uşaqlarına Atatürkdәn, Sultan Mәhәmmәd Fatehdәn, habelә, Ərtoğruldan dastan deyirlәr. Özlәrini Atatürkün zәfәr psixologiyası ilə inkişaf etdirirlər.

2. Ətәk yazı

Azәrbaycanın Milli Hәrәkatında öndər olmuş şәxslәrin həyat yolu hamıya bəllidir. Keçən 100 ildə Pəhləvilər azı 1000 il yaşı olan bizlərə qarşı bir çox iş görüb. Bəs biz necə sağ qalmışıq, assimilyasiya olmamışıq?

Açığını desәk, əgәr biz bu gün fars assimilyasiyasından sağ çıxmışıqsa, bu, keçmişdəki türk imperiyalarının tarixdəki mənəvi mirası sayəsindədir. Buna görə də savaşa keçməzdən əvvəl yenilmək, enmək psixologiyasını bizlərə öyrədiblər. Bu səbəbdən də 30 milyon İran türkü məktəbdə 2 türkünün öyrәdilmәsinə zəfәr gözü ilә baxır. "Heyran gәdiyi"nә imza toplayırıq, habelә, bir-birimizi aşağıladıqdan sonra sevinirik! Bizim gerçәk durumumuz budur, varlığımız belәdir!

3. Ətək yazı

Farslar yazı vә kitab zamanından dövlәtsәl tarixləri olmadığı üçün özlәrinә II Kir adlı tarix yaraşdırıblar. Habelә, başqalarını 2500 il öncә imperiyalarının var olduğuna inandırıblar. Təəssüf ki, heç bir İran türkü "Qaraqoyunlu şahənşah"ına güvәnmir. Nümunə olaraq demәliyәm ki, İranda bütün tarixi әsәrlәr türklәrin memarlığı ilə bağlıdır! Amma əfsus ki, bunları görmədәn II Kirə güvәnirlәr!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/667557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR