"Sent-Etyen"in heyətində isə Jeremi Jano, Mevlut Erdinç, Zuma, Tavlaridis, Kvarme, Brison, Sable, Batllis, Moravcik, Mollo, Pedron, Aleks, Peres, Feyndouno, Potillon, Aubameyanq, Qradel, NQuemo, Moulin, Roçeteau, Paqanelli, Tabanou, Klerk, Kornye, Kristof Qaltye yer alıb.
Ronaldo və Pyer-Emerik Obameyanq matç ərzində hərəyə 3 dəfə fərqləniblər. Battlis və Mollo "dubl" edib. Trezege, Zeedorf, Corkayeff, Okoça, Aleks və Feynduno isə hərəyə bir dəfə rəqib qapısına yol tapa biliblər.
Matçdan əldə olunan gəlirin 2/3 hissəsi Ebola virusundan əziyyət çəkən Qvineya, Syerra-Lyone və Liberiyaya veriləcək. Qalan məbləğ isə "Sent-Etyen" klubunun təmsil etdiyi şəhərin sosial yardım layihələrini həyata keçirən "ASSE Coeur-Vert" təşkilatına veriləcək.
Qeyd edək ki, ilk dəfə 2003-cü ildə start götürmüş layihə bugünədək Almaniya, İspaniya, Mərakeş, Portuqaliya və İtaliyada həyata keçirilib.