Britaniya ordusu 11 min ukraynalı əsgərə təlim keçib

Birləşmiş Krallıq, ORBİTAL əməliyyatı çərçivəsində 2015-ci ildən etibarən Ukrayna ordusunun 11 min əsgərinə təlim keçib.

Metbuat.az xəbər verir ki, bu barədə Britaniyanın Ukraynadakı səfirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Ukrayna ordusunun təkmilləşdirilməsi məqsədilə həyata keçirilən ORBITAL proqramının başladıldığı 2015-ci il fevral ayından etibarən 11 min ukraynalı əsgər təlimlərdə iştirak edib.

Təlimlər münaqişənin davam etdiyi Donbas bölgəsindən kənarda keçirilib və əsasən müdafiə xarakterli bacarıqlar öyrədilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR