ABŞ və KXDR amerikalı hərbçilərin cəsədlərinin qalıqlarının qaytarılması

ABŞ və Koreya Xalq Demokratik Respublikasının (KXDR) yüksək rütbəli hərbçiləri 1950-1953-c illər Koreya müharibəsində ölmüş amerikalı əsgərlərinin cəsədlərinin qalıqlarının qaytarılması məsələsini müzakirə ediblər.

Metbuat.az xəbər verir ki, görüş iyulun 12-də nəzərdə tutulsa da, Şimali Koreyanın istəyi ilə iyulun 15-də keçirilib. İki Koreya arasındakı demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsində təşkil edilən görüşdə tərəflər qalıqların qaytarılmasına dair razılaşmanın detallarına dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, amerikalı hərbçilərin cəsədlərinin tapılması və qaytarılması məsələsi ABŞ və KXDR liderlərinin iyunda Sinqapur görüşündə əldə olunan razılaşmanın əsas məqamlarından biridir. Tərəflər arasında 1998-ci ildən bəri bu məsələ ilə əlaqədar 16 dəfə danışıqlar aparılıb. Sonuncu bu cür görüş 2009-cu ildə təşkil edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR