Moqerini: "Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyü məsələsində qəti mövqeyi var"

Moqerini: "Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyü məsələsində qəti mövqeyi var"
03:58 17 İyul 2018
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı (Aİ) "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyü məsələsində qəti mövqeyi var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Aİ-nin diplomatik xidməti xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federika Moqerini Brüsseldə Avropa İttifaqı Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.

F.Moqerini bildirib: "Bütün nazirlərin bu gün təsdiqlədiyi şeyi vurlumaq üçün mühüm gündür: Avropa İttifaqının bizim şərq tərəfdaş ölkələrimizin ərazi bütövlüyü və suverenliyinə dair konsolidasiya edilmiş möhkəm mövqeyi var".

Nazir qeyd edib ki, Aİ "Şərq Tərəfdaşlığı" çərçivəsində hər altı tərəfdaş ölkə ilə münasibətlərində aşkar irəliləyişi görür: "Biz hər bir ölkə ilə 2020-ci ilədək konkret 20-nin icrası çərçivəsində qəbul olunan qərarların həyata keçirilməsi üçün sıx əməkdaşlıq edirik".

Xüsusilə, F.Moqerini qeyd edib ki, Aİ və Azərbaycan ötən həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə tərəfdaşlığın prioritetlərini paraflayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/668514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR