Moskva və Vaşinqton Helsinki sammitinin yekunları üzrə terrorçuluqla mübarizədə əməkdaşlığı qaydaya salacaqlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo "CBN" telekanalına müsahibəsi zamanı bildirib.

M.Pompeo deyib: "Biz terrorçuluqla mübarizədə birgə işləyəcəyik".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında ilk tam formatlı görüş iyulun 16-sı Finlandiyanın paytaxtı Helsinkidə keçirilib.

Milli.Az