Biləsuvarda qəza: bir neçə nəfər xəsarət alıb

Biləsuvarda qəza: bir neçə nəfər xəsarət alıb
23:27 22 İyul 2018
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar rayonunda yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən biri aşıb. Qəza nəticəsində yaralıların olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/670162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR