Məşhur türk aktrisa və müğənni Hülya Avşar son dövrlərdə dəb olan avtomobildən enərək rəqs etmə trendinə qoşulub.

Metbuat.az-ın “Haberler.com”a istinadən verdiyi məlumata görə, hamam xələti ilə avtomobildən enərək rəqs etməyə başlayan Hülya Avşar arxasını döndükdə bir anda avtomobilin sürətləndiyini görüb. Avtomobilin sürücü kreslosunda uzanan şəxs Avşarın arxadan qaçmasına əhəmiyyət vermədən davam edib.

Rəqs etdiyi anların videosunu “İnstagram” hesabında paylaşan Hülya Avşarın paylaşımı qısa müddətdə minlərlə izləyici tərəfindən izlənib.


https://metbuat.az/news/995576/suruye-ildirim-dusd...