ABŞ prezidenti Donald Tramp 2019-cu ildən əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşməyəcək.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib. O, yazılı açıqlamasında bildirib ki, görüşün gələn il keçirilməsi gözlənilir.

Prezident Tramp, Helsinkidə Putinlə keçirdiyi görüşdən sonra məsləhətçisi Boltona Putini ABŞ-a dəvət etməsi üçün təlimat verdiyini açıqlamışdı. Trampın bu açıqlaması ABŞ-da, xüsusilə də Demokratlar və Konqres tərəfindən sərt reaksiya ilə qarşılanmışdı.

Günay Elşadqızı / METBUAT.AZ