Hollivud ulduzu Amber Heard 2 il əvvəl boşadığı həyat yoldaşı Conni Deepə sosial şəbəkə hesabından iki əlini yumruq etdiyi bir fotosunu paylaşaraq bir göndəriş edib.
Metbuat.az-ın “Posta.com”a istinadən verdiyi məlumata görə, məşhur aktyor Conni Depp və aktrisa Amber Heard 2016-cı ilin May ayında mübahisəli bir şəkildə boşanaraq bir illik münasibətlərini bitirmişdi.
Heard 55 yaşlı aktyordan fiziki və psixoloji şiddət gördüyünü bildirmiş və paylaşdığı fotolar ilə ictimaiyyətdə böyük əks-səda yaratmışdı.
Depp 31 yaşlı aktrisanın ləqəbi olan “Slim” (incə, zərif) kəlməsini evlənmədən əvvəl sağ əlinə döymə etdirmiş, amma boşanma ərəfəsində bu döyməni “Scum” (əclaf) olaraq dəyişdirmişdi.
“Karib dənizinin quldurları” filminin ulduzu Heard ilə boşandıqdan sonra ilk dəfə açıqlama etdiyinə görə gündəmə gəlmişdi.
Heard isə Deppin döyməli şərhlərinə “İnstagram” hesabından iki əlini yumruq etdiyi bir fotosunu paylaşaraq qarşılıq verib. Gənc qadın fotonu “mənim mürəkkəbə ehtiyacım yoxdur” sözləri ilə paylaşıb.
Heardın bu paylaşımı heyranları tərəfindən təxminən 100 min dəfə bəyənilib.

