Misirin cənubunda sərnişin qatarının relsdən çıxması nəticəsində 5 nəfər xəsarət alıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Qahirə-Asuan istiqamətində qatarların hərəkəti dayandırılıb. Yaralılar dərhal Аsuandakı xəstəxanaya yerləşdiriblər. Xilasedicilər hadisə yerində işlərini davam etdirir.
Misirin Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, hadisə nəticəsində ölən yoxdur.
Milli.Az