İsrailin həbs etdiyi Fələstinin müqavimət simvollarından biri hesab olunan "cəsur qız" Ahed Təmimi 8 aylıq həbsdən sonra azadlığa buraxılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Xatırladaq ki, 17 yaşlı Təmimi İsrail əsgərinə xəsarət yetirdiyi üçün 19 dekabr 2017-ci ildə həbs edilmişdi. Təmiminin vəkilinin sözlərinə görə, cəza müddəti 19 avqustda sona çatmalı olan "cəsur qız" inzibati qərarla bir ay tez azadlığa buraxılıb.

Milli.Az