Türkiyəli aparıcı Mehmet Ali Erbilin qızı Yasmin Erbilin sosial media paylaşımı səs-küyə səbəb olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Yasminin İnstaqram-da paylaşdığı şəkillər atasını əsəbiləşdirib. Mehmet Ali qızından fotoları silməsini istəyib. Lakin Yasmin onun sözlərini dinləməyib. O, bundan bir müddət əvvəl də paylaşımlarına görə tənqid edilmişdi. Buna görə də atası tərəfindən Londona göndərilmişdi.
Qeyd edək ki, Yasmin Erbilin Nergiz Kumbasarla evliliyindən dünyaya gələn qızıdır.
Milli.Az