Antalyanın Serik qəsəbəsində boşandığı iki uşaq anası olan həyat yoldaşı Leyla Kavakı (35) meşədə başını kəsərək, öldürdüyü ittihamları ilə ömürlük həbsi istənilən Mehmet Demirhan (52) hakim qarşısına çıxarılıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, prosesdə ifadəsi ilə hər kəsi məəttəl qoyub.

Demirhan "Kişilik qüruruma toxunan sözlər dedi, o an özümdə olmamışam. Başına yumruq vurduğumu xatırlayıram, sonrası yadımda deyil" deyib.

Şübhəli keçmiş ərin məhkəmə prosesindəki ifadəsi ilə prokurorluğa verdiyi ifadə isə üst-üstə düşməyib.

Demirhan prokurorluqda "Ona yumruq atdım, üzərimdəki bıçaqla boğazını kəsib, başını qopartdım" ifadəsini məhkəmə prosesində inkar edib.

Proses bu səbəbdən təxirə salınıb.

Məhəmməd Vaqif

Milli.Az