Bakıda "Caspian Plaza" biznes mərkəzində yanğın olub.
Metbuat.az bildirir ki, yanğın biznes mərkəzinin 8-ci mərtəbəsində yerləşən elektrik şitində baş verib.
Yanğın səbəbiylə hadisə yerində Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Həyata keçirilən tədbirlərlə yanğının qarşısı alınıb.