"Metro və sərnişin avtobuslarında gediş haqqının qaldırılması digər sahələrdə qiymət artımına gətirib çıxarmayacaq. Bu cür yanaşma qətiyyən düzgün deyil. Çünki bu artım yanacağın qiymətində olmayıb ki, desinlər ki, qiymətlər qalxacaq. Axı bütün yük daşınmaları, təchizat metro və avtobus vasitəsilə həyata keçirilmir ki, bu da digər sahələrə təsir eləsin. Metro və avtobuslarda gediş haqqının artmasının digər sahələrdəki qiymətlərə təsiri, ümumiyyətlə, qeyri-mümkündür".

Metro və avtobuslarda gediş haqqının qalxması digər sahələrdə qiymət artımına səbəb olmayacaq

Bu barədə Milli.Az-a açıqlamasında Tarif Şurasının metro və sərnişin avtobuslarında gediş haqqının artırılması ilə bağlı qərarını şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib.

Metro və avtobuslarda gediş haqqının qalxması digər sahələrdə qiymət artımına səbəb olmayacaq

Metro və avtobuslarda gediş haqqının qalxması digər sahələrdə qiymət artımına səbəb olmayacaq

Metro və marşrut avtobuslarında gediş haqqı artırılıb