Misirin paytaxtı Qahirədə bir nəfər xəstəxananı ölən qardaşının gözlərini oğurlamaqda təqsirləndirib.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Abduttavab adlı şəxs qardaşının nəşini almağa getdikdə onun gözlərinin çıxarıldığını görüb:
"Xəstəxana rəhbərliyi qardaşımın ölümünü səhər saatlarında bizə xəbər verdi. Morqa girdiyimizdə və cəsədini götürəndə qardaşımın çıxarılan gözlərinin yerindən qan süzülürdü".
Abduttavab xəstəxananın ona təqdim etdiyi hesabatda qardaşının gözlərinin oğurlanması ilə bağlı heç bir şey qeyd etmədiklərini sözlərinə əlavə edib.
Ailə xəstəxana rəhbərliyindən hüquq-mühafizə orqanlarına şikayət edib.
Məhəmməd Vaqif
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: