Xorvatiya millisinin üzvü Marko Pyatsa "Yuventus"u tərk edə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə futbolçunun agenti məlumat verib. Onun sözlərinə görə hücumçu İtaliyanın digər klubu "Fiorentina"ya keçməyi planlaşdırır. Agent Turin təmsilçisinin də bu keçidə razılıq verəcəyinə ümid etdiyini gizlətməyib.

Marko ötən mövsümün ikinci yarısında "Şalke"də icarədə olub və 9 matçda 2 qol vurub.

Milli.Az