Suriyada yerli əhali əllərində türk bayraqları ilə
aksiya keçirib.
Publika.az xəbər verir ki, suriyalılar Türkiyəyə
birləşməyi və türk dövlətinin tərkibində yaşamağı tələb
edirlər.
Türkiyəli jurnalist Taha Dağlı suriyalıların Lazkiya, İdlib və Hama
bölgəsinin Türkiyə dövlətinə birləşdirilməsini istədiyini
yazıb.
“Bu üç bölgə Suriyada ən strateji yerlərdəndir. Türkmandağı da bu
bölgələrdə yerləşir. Ayağa qalxan suriyalılar əllərində türk
bayraqları ilə “biz Türkiyənin himayəsinə girmək istəyirik”
şüarları səsləndirirlər. Sonuncu dəfə Hamanın şimalında yaşayan
suriyalılar İdlibdəki türk əsgərinin postuna doğru yürüş edərək,
“Əsəd rejimini istəmirik, Türkiyənin himayəsinə girməyi tələb
edirik” şüarlarını səsləndiriblər. Suriyanın mülki əhalisi hazırda
“Biz yaşadığımız bölgələrin Türkiyəyə birləşdirilməsini tələb
edirik, hüquqi olaraq bunun həyata keçirilməsi üçün nə lazımdırsa
etməyə hazırıq” tələbini irəli sürürlər. Son 2 həftədə Suriya
müxalifətinin nəzarətindəki bölgələrdə belə aksiyalar hər gün
keçirilir. Bölgənin liderləri də Ankaraya birləşmə ilə bağlı
mesajlar göndərirlər”, - deyə türkiyəli jurnalist qeyd edib.
Onun sözlərinə görə, indiyə qədər suriyalılar bu bölgələrin
Türkiyəyə birləşdirilməsi ilə bağlı 3 milyon imza toplayıblar.
Suriyalılar referendum keçirilməsini və bu ərazilərin Türkiyəyə
birləşdirilməsini istəyirlər.
Asif