Dünyada nadir tapılan, həqiqətən var olduğuna inanılmayacaq qədər qeyri-adi heyvanlar var.
Metbuat.az "Mynet.com"a istinadən xəbər verir ki, internetdən qurbağa sifariş verən adam bu qurbağa ilə qarşılaşdıqda olduqca təəcüblənib və sosial şəbəkədə paylaşıb.

Pyura Chilensis olaraq tanınan və digər adı yaşayan qaya olan bu canlı Şili və Peru sahillərində yaşayır. Pyura Chillenislərdə bir qaya bənzər orqanizmin içindəki orqanlar zərlə örtülüdür. Dəniz suyunu əmir və mikroorqanizmləri filtrləyib həzm edərək bəslənir. Balıqçılar və yerli xalq əl mişarı ilə bu qayaları kəsib, içindəki ərik böyüklüyündəki parçaları restoranlara satır. Turş bir dada sahib olan bu parçalar çiy və ya bişmiş şəkildə yeyilə bilir.



Hindistanın tropik meşəsində nəm torpaq altında yerləşən və soxulcana bənzəyən, amma daha iri olan ayaqsız bu canlının amfibiya olduğu açıqlanıb.
Çikilidae adı verilən canlını bölgədə yaşayan kəndlilər ilan hesab edərək yanına yaxınlaşmaqdan qorxurlar. Dünyada sadəcə 186 növünün olduğu Çikilidaenin Afrika və Cənubi Amerikada olduğu, ilk dəfə Hindistanda rast gəlindiyi bildirilib. Bu baxımdan bu canlının Hindistana necə gəldiyi bilinmir.



Dəniz donuzu-yalnız fevral və mart aylarında Antarktidada görülən dəniz donuzları kərpic rəngi ilə diqqətləri çəkir.

Şimali Amerika və Kanadada rast gəlinən bu heyvan növü torpaq altı hökmdarıdır. İti dırnaqları sayəsində sürətlə yol qət edə bilən ulduz burunlu köstəbək bir ovuca yerləşə biləcək balacadır.

Desman- köstəbək kimi qalın və sıx tüklü, qaramtıl, qəhvəyi bir kürkündən əlavə bu heyvanın üzərində su tutmayan uzun tüklər var.
