Müğənni Xatirə İslam reper Anar Nağılbazın qəflətən dünyasını dəyişməsindən sarsılıb.

"Növbəti qurban sən oldun..." -  Xatirə Anarın ölümündən yazdı

Mİlli.Az Big.az-a istinadən xəbər verir ki, o, mərhum reperin ölümündə onu təhqir edənləri günahlandırıb:

"Anar, Allah sənə rəhmət eləsin. İnstagramın, sosial şəbəkələrdə olan qalmaqalların növbəti qurbanı sən oldun. Biz yıxılana balta vurmağı çox gözəl bacarırıq. Səni təhqir edənlər çox təmiz insanlardır axı, heç günahları yoxdur".

Milli.Az