Küçə itləri lüks avtomobili parçaladı

Türkiyənin Sakarya şəhərində sahibsiz 3 it Serbay Baş adlı şəxsin "Mazda” markalı lüks avtomobilinə ziyan vurublar.

Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, itlər gecə saatlarında bir pişiyin arxasınca düşüblər.

Pişik həmin avtomobilin altında gizləndiyi üçün itlər də oraya girmək istəyiblər. Ac itlər avtomobilin qabaq bufer hissəsini parçalayaraq pişiyi tutmaq istəsələr də, buna nail ola bilməyiblər və oradan uzaqlaşıblar.

Dəyəri 150 min lirə (təqribən 50 min manat) olan avtomobilə 4 min lirəlik ziyan dəyib.

Avtomobil sahibi müvafiq qurumlara səslənərək küçələrdəki sahibsiz itlərin toplanmasını istəyib.


Qazıntılar zamanı tapılanlar dünyanı heyrətə gətirdi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR