Lənkəranda yeni uçqun və sürüşmə əraziləri aşkarlanıb

Ölkə ərazisində yeni uçqun və sürüşmə sahələri qeydə alınıb.

Bu barədə Metbuat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Məlumatda bildirilir ki, iyul ayı ərzində Lənkəranın Gəgiran sürüşmə sahəsinin dinamikasında aktivlik qeydə alınıb, bir neçə yerdə yeni sürüşmə və uçqun hadisələri baş verib.

Həmçinin Lənkəran-Lerik yolunun 45-47-ci km-də yamacda uçqun qeydə alınıb.

Rayonun Tükəvillə-Diryan-Gegiran avtomobil yolunun 12-ci kilometrliyində də nisbi aktivlik müşahidə olunub.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR