Qurban bayramında heyvan kəsmək və satmaq istəyənlər

Hər il Qurban Bayramı ərəfəsində küçələrdə və yol kənarlarında heyvan kəsimi kütləvi xarakter daşıyır. Nəticə etibarı ilə baytarlıq-sanitariya və gigiyena normaları kobud şəkildə pozulur.

“Lazımi tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirib”.

Bu sözləri Metbuat.az saytına açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib.

Onun sözlərinə görə, bayramla əlaqədar müqvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün ən optimal yerlər müəyyən olunub:

“Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində küçə və yol kənarlarında qurbanlıq heyvan satmaq və ya kəsmək istəyən şəxslərə yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılacaq kəsim məntəqələrinin xidmətlərdən istifadə etməyi tövsiyə edir. Bununla bağlı həmin şəxslər əvvəlcədən yerli icra orqanlarına müraciət edə bilər.

Qeyd edim ki, bu cür yerlərdə kəsimdən əvvəl və sonra baytarlıq nəzarəti həyata keçiriləcəkdir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bakıda avtomobillərin qiyməti ucuzlaşır – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR