"Siyasi "təkərqaraldanlar" tökülüşdülər üstümə"

Bir neçə gündür yazar Murad Köhnəqala ilə müxalifət çevrəsi arasında gərginliklər yaşanır.

Bununla bağlı Metbuat.az –a açıqlama verən Murad Köhnəqala hadisəyə belə münasibət bildirdi:

“Hər şey dustaq Mehman Hüseynovun anasının dəfninə buraxılmağından başladı. Bu gənc bloger dəfnə gələn kimi özünü toy-bayramdakı kimi apararaq deyib-gülür, hırıldayırdı. Onun bu davranışı mənə təccüblü gəldi və soyuqqanlılığına irad bildirərək yazdım ki, inanmıram, doğma anasının yasında hırıldayan adamda milli heysiyat olsun. Vəssalam! Siyasi "təkərqaraldanlar" tökülüşdülər üstümə ki, sən hakimiyətə satıldığına görə bizim qəhrəmanı təhqir edirsən. Dəfələrlə izah eləməyə çalışdım ki, mən Mehmanı təhqir eləməkdən uzağam, sadəcə, onun bu halından xoşum gəlmədiyini bildirirəm. Sürü halında üstümə tökülüşdülər. Məni şərhlərdə və inboksda təhqir, təhdid elədilər. Mən də cavab olaraq yazdım ki, özünüz bilərsiniz, kim istəyir öz anasının yasında hırıldaya bilər. Yəni, bunlar üçün hırıldamaq sezonunu açıq elan elədim."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR