Sayğacın göstəricisinin dəyişdirilməsi mümkündürmü?

Son günlər sosial şəbəkədə elektrik enerjisi sərfiyyatına görə ödənişin bu ay artıq gəlməsi ilə bağlı paylaşımlar çoxalıb.

Həmin şəxslər sayğacın göstəricisinin dəyişdirilməsi ilə bağlı iddialar səsləndiriblər.

Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) SMS sayğaclar şöbəsinin rəisi Araz Məmmədzadə iyul ayı abonentlərin aylıq elektrik enerjisi sərfiyyatına aid keçirilən mətbuat konfransında bu məsələyə aydınlıq gətirib. Şöbə rəisi bildirib ki, sayğacın göstəricisinin dəyişdirilməsi funksiyası bağlıdır:

“Mexaniki, induksion sayğaclar istisna olmaqla, elektron və rəqəmsal sayğacların standartına görə, onların göstəricisi ancaq oxunma rejimində müraciəti qəbul edir. Yəni, onu dəyişmək, hər hansı bir əməliyyat aparmaq, korreksiyalar bağlıdır. İstehsalçı hansısa bir sirr olaraq onu özündə saxlayır. Göstərinin toxunulmaz olması hər iki tərəf üçün şəffaflığı artırır. Oxuma rejimində hər hansı bir məlumatı sayğacdan almaq olur, lakin oradakı məlumatı dəyişmək mümkünsüzdür. Belə bir funksiyalı proqramımız da yoxdur”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Sayğaclara müdaxilə etmək olur? - RƏSMİ CAVAB – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR