Kiyevdə İkinci Dünya müharibəsinə aid

Ukraynanın paytaxtı Kiyev şəhərində İkinci Dünya müharibəsinə aid 28 mərmi aşkarlanıb.

Metbuat.az Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən xəbər verir ki, Kiyevin Desnyakom rayonunda yerləşən “Bıkovnya” meşəliyində işlər aparılarkən AC-76 mm və AC-75 mm artilleriya mərmiləri aşkarlanıb. Bütün mərmilər xüsusi poliqonda zərərsizləşdirilib.

Qeyd edək ki, cari il ərzində İkinci Dünya müharibəsinə aid 1251 mərmi aşkarlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR