​Trampın addımı ABŞ-Türkiyə münasibətlərinə

ABŞ-ın Türkiyə məhsullarına əlavə gömrük vergiləri tətbiq etməsi iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vuracaq.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyan edilib ki, Ankara ona qarşı atılan bütün addımlara cavab verəcək. Vaşinqtonun addımı Dünya Ticarət təşkilatının qaydalarına ziddir.

Qeyd edək ki, Birləşmiş Ştatlar Türkiyədən idxal olunan alüminium məhsullarına 20, polad məshullarına isə 50 faiz əlavə gömrük vergisi tətbiq edib. Bu barədə prezident Donald Tramp sosial media hesabı vasitəsiylə yayımladığı mesajında bildirib:

”Türkiyədən idxal olunan olunan alüminium və polad məshulları ilə bağlı vergilərin iki dəfə artırılmasına dair göstəriş verdim. Bu aralar Türkiyə ilə münasibətlərimiz yaxşı deyil”.

Əlavə vergilər avqustun 13-dən tətbiq ediləcək.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR