Fələstinli nümayişçilərlə İsrail hərbçiləri arasında qarşıdurma baş verib

Qəzza bölgəsində fələstinli nümayişçilərlə İsrail hərbçiləri arasında qarşıdurma baş verib.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, əsgərlər aksiya iştirakçılarını dağıtmaq üçün göz yaşardıcı qaz, rezin və döyüş güllələrindən istifadə edib. Nəticədə biri tibb işçisi olmaqla 3 nəfər həyatını itirib. Çox sayda yaralı var. Bir neçə nəfər saxlanılıb.

Qeyd edək ki, fələstinlilər onlara məxsus torpaqların İsrail tərəfindən qanunsuz zəbt edilməsinə etiraz olaraq, mart ayından bəri “Böyük Qayıdış” adlı yürüşlər təşkil edir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR