Azərbaycanın iqtisadiyyatı dayanıqlığı ilə fərqlənir -

Dünya iqtisadiyyatında davam edən aktivliyin fonunda enerji resurslarına, xüsusilə neft və qaza tələb artır.

Metbuat.az ATV.az-a istinadən məlumat verir ki, Azərbaycanın ixracatının əsasını neft-qaz məhsulları təşkil etdiyindən neftin qiymətinin bahalaşması ölkəmizin gəlirlərinin də artmasına imkan verir. Azərbaycan dünyada artıq təkcə neft ölkəsi kimi yox, həm də qaz ixracatçısı kimi tanınır. İyun ayında istifadəyə verilən TANAP qaz boru xətti vasitəsilə Azərbaycanın Türkiyəyə satdığı qazın həcmi 12.6 milyard kubmetrə çatıb. Azərbaycanın həm neft, həm də qeyri-neft ixracından əldə etdiyi gəlirlərinin artması manatın güclənməsinə də imkan verir.

Azərbaycan iqtisadiyyatındakı inkişaf beynəlxalq reytinq agentliklərinin də diqqətindən yayınmayıb.

Qeyd edək ki, mərkəzi bankın idarə heyətinin sədri Elman Rüstəmov da bu günlərdə bildirib ki, ölkədə aparılan uğurlu maliyyə siyasəti nəticəsində 2018-ci ilin 6 ayında orta illik inflyasiya 3 faiz təşkil etməklə elan edilən hədəf dəhlizindən aşağıda qərarlaşıb. İlin sonuna kimi infilyasiyanın 6-8 faiz hədəf dəhlizindən kənara çıxacağı gözlənilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR