Üç gün ərzində 71 əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir.

DMX-dan Metbuat.az-a verilən xəbərə görə, xidmət tərəfindən üç gün ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı müxtəlif ölkələrin vətəndaşları olan 71 əcnəbi saxlanılıb. Onlardan 10 nəfərinin Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 8-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 53 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 51-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.





Sərin hava sabah da davam edəcək - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR