İntihar edən azərbaycanlı məşhurlar - SİYAHI

Dünyada intiharlar müxtəlif səbəblərdən baş verir. İstənilən halda intiharlar çarə ola bilməz və bioloji həyatın son anına qədər yaşamaq lazımdır.

İntihar edən məşhurlardan bəzilərini Metbuat.az sizə təqdim edir:

Müasir dövrdə də tanınmış sənət adamlarının intihar xəbərləri tez-tez gündəmi zəbt edir. Bunlardan ən təsirlisi yazıçı, publisist Mövlud Mövludun intihar xəbəri oldu. O, 2017-ci ilin martın 16-da gecə saat 02:00 radələrində 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. Mərhumun cənazəsi doğulduğu Qazax rayonunda dəfn edilib.

Daha bir intihar edən psixoloq Dəyanət Rzayev olub. O, yerli mediada tez-tez intiharlara dair ekspert rəyləri ilə çıxış edib, insanları intihardan çəkindirirdi. İntihardan öncə yazdığı məktubunda hadisədə heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu" qeyd edib. Biləcəri qəbiristanlığında dəfn edilib.

Müəmmalı ölümlərdən biri də əməkdar artist Tünzalə Ağayeva ilə birgə “Qovuş Ona” mahnısını oxuyan gənc ifaçı Sura Əsgərli olub. Suaranın ölüm səbəbi məlum olmasa da, intihar etdiyi bildirilir.

İntihar edən şəxsiyyətlərimizdən biri Rəşid Axundovdur. O, mühəndis, tərcüməçi olmasına rəğmən, daha çox Mirzə Fətəli Axundovun oğlu kimi tanınıb. Avropada təhsil aldığı müddətdə ailəsi ilə məktublaşması "Brüsseldən məktublar" adlı tarixi əsərə çevrilir, həm də dildən-dilə dolaşıb əfsanələşir. 1909-cu ildə özünü tapança ilə vuraraq intihar edib. İntihar etməsinə səbəb kimi ruhi sarsıntıları, depressiya göstərilib.


1963-cü ildə "Bəxtiyar", "Qızmar günəş altında", "Leyli və Məcnun" filmləri ilə tanınan rejissor Lətif Səfərov özünü ov tüfəngi ilə vurub. 43 yaşında intihar edən rejissor tanınmış sənətkar Şövkət Ələkbərovanın həyat yoldaşı olub.


Yazıçı Məsud Əlioğlu da intihar edən şəxsiyyətlərimiz siyahısındadır. O, Sovet dövründə Hüseyn Cavidə bəraət qazandıran məqalələr yazmış, Hüseyn Cavid haqqında monoqrafiyalar çap etdirmişdir. Buna görə də rejimin düşməninə çevrilən yazıçı təqib olunub. Çap olunmamaq, təqib olunmaq, ailəsini təhlükəyə atmaq kimi problemlərlə üz-üzə qalan yazıçı bunlara dözməyərək 44 yaşında intihar edib.


Məsud Əlioğlundan iki il sonra şair Sərdar Əsəd də intihar edib. işsizlikdən əziyyət çəkən, əsəbləri pozulan şair Sərdar Əsəd 45 yaşında həyatına son verir. Onun da intiharına səbəb kimi Sovet rejiminin senzurası, təqibləri göstərilir.

Ən müəmmalı intiharlardan biri isə aktyor Çingiz Şərifovun intiharıdır. "Aşkarsızlıq şəraitində", "Özgə ömür", "Şahid qız", "Zirzəmi" filmlərindəki rolları ilə məşhurlaşan aktyor, 1990-cı ilin 31 dekabrında özünü dənizə ataraq intihar edib. Onun ölümünün səbəbləri, təfərrüatları haqqında heç bir məlumat yoxdur.

Tahirə Əlirzayeva\\ Metbuat.az

Afaq Aslan onu söyənlərə bu şəkilini paylaşdı və...FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR