Rusiya KOSMOSA elə şey göndərib ki... -

Ötən il Rusiyanın kosmosa göndərdiyi aparat Amerika Birləşmiş Ştatlarında həyəcan yaradıb.

Metbuat.az-ın “TRTHaber”ə istinadən məlumatına görə, Dövlət Departamentinin nümayəndəsi İlyeem Poblet bildirib ki, aparat kosmosda olan digər cihazlardan fərqli tərzdə hərəkət edir. Onun sözlərinə görə, cihazın xüsusiyyətləri barədə məlumat əldə etmək imkansızdır:

“Nə olduğunu bilmirik. Onun silah olub olmadığını dəqiqləşdirmək mümkün deyil. Digər aparatlar kimi hərəkət ertmir”.

Moskva isə amerikalı nümayəndənin iddialarını rədd edib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR