ABŞ Türkiyəyə F-35 qırıcılarını satmaqdan imtina edərsə... -

ABŞ Türkiyəyə F-35 qırıcılarını satmaqdan imtina edərsə Ankara hüquqi yollara baş vuracak.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, Ankara “F-35”lərin təkcə alıcısı deyil, həmdə pu qırıcıların istehsalında payı var. Onun sözlərinə görə, bir neçə Türk şirkəti yeni nəsil qırıcıları detallarla təmin edir. Qeyd edək ki, prezident Donald Tramp 2019-cu il üçün müdafiə büdcəsini təsdiq edib. Sənəddə Türkiyəyə F-35-lərinsatışının təxirə salınması da nəzərdə tutulub.

Bildirilir ki, Vaşinqton iki ölkə arasındakı əlaqələrin vəziyyəti ilə bağlı hesabat hazırlayacaq. Yalnız bu hesabat təqdim olunduqdan sonra qırıcların Türkiyəyə verilib-verilməyəcəyinə aydınlıq gələcək.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR